Blog

  • Prezident Ərdoğan Ukrayna prezidenti Zelenski ilə görüşüb

    Prezident Ərdoğan Ukrayna prezidenti Zelenski ilə görüşüb

    Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

    Bizimyol.info xəbər verir ki, Prezident Ərdoğan Zelenskini Prezident İqamətgahının giriş qapısında qarşılayıb.

    Ərdoğan və Zelenski Türkiyə və Ukrayna bayraqları qarşısında pilləkəndə şəkil çəkdiriblər.

    Mətbuata qapalı keçirilən ziyafətdə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, prezidentin kommunikasiya direktoru Fahrettin Altun və prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak edib.

    Prezident Ərdoğan və Zelenski arasında baş tutacaq ikitərəfli görüşdən sonra nümayəndə heyətləri arasında iş yeməyi veriləcək, saziş imzalanma mərasimi və birgə mətbuat konfransı keçiriləcək.

    Görüşlərdə Türkiyə-Ukrayna strateji tərəfdaşlıq əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq. “Səfər zamanı həmçinin Ukraynada baş verən son hadisələr, digər regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılacaq”, – deyə o bildirib.

    Görüşdən əvvəl Zelenski və xanımı Yelena Zelenski Ukraynanın Ankaradakı səfirliyinin Xidmət binasının açılış mərasimində iştirak ediblər. Daha sonra onlar Anıtkabiri ziyarət ediblər.

  • Hello world!

    Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!